“Fənərbaxça” daxili transfer işlərinə start verdi

“Fənərbaxça” daxili transfer işlərinə start verdi

“Fənərbaxça” daxili transfer işlərinə start verdi

“Fənərbaxça” rəhbərliyi komandanın gənc futbolçuları ilə müqaviləni uzatmaq qərarına gəlib.

Polemika.az “NTV Spor”-a istinadən xəbər verir ki, klub rəhbərliyi bu mövsüm Fərdi Kadıoğlu, Məhəmməd Gümüşkaya, Berke Özər və Arda Gülər ilə uzunmüddətli müqavilə üzrə danışıqlara başlayıb.

Milli komanda olaraq Türkiyəni seçməsi gözlənilən Fərdi Kadıoğlu ilə yanaşı, Berke Özərə 5 illik, 20 yaşlı Məhəmməd və 16 yaşlı Arda Gülərə isə 6 illik müqavilə təklif olunub. Tərəflərin tezliklə razılığa gələcəyi gözlənilir.

“Fənərbaxça” daxili transfer işlərinə start verdi