Mikroavtobus qəzaya düşdü - 1 ölü, 4 yaralı

Mikroavtobus qəzaya düşdü - 1 ölü, 4 yaralı

Mikroavtobus qəzaya düşdü - 1 ölü, 4 yaralı

Kürdəmirdə baş verən ağır yol qəzasında 1 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb.

Polemika.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Ford” markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə çırpılaraq aşıb. Hadisə zamanı Ağdam rayon sakinləri - 31 yaşlı Xəlilov Rahib Osman oğlu, 45 yaşlı İmanov Cəlal Qüdrət oğlu, 20 yaşlı Həsənov Nahid Şahid oğlu, 56 yaşlı Xəlilova Şövkət Əhməd qızı və Xəlilzadə Yağmur Rahib qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, ağır xəsarətlər alan R.Xəlilov xəstəxanada dünyasını dəyişib.

Fakt araşdırılır.

 

 

Mikroavtobus qəzaya düşdü - 1 ölü, 4 yaralı