Media reyestrinə daxil edilmiş jurnalistlərə vəsiqə veriləcək

Media reyestrinə daxil edilmiş jurnalistlərə vəsiqə veriləcək

Media reyestrinə daxil edilmiş jurnalistlərə vəsiqə veriləcək

“Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir".

Polemika.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İnsan hüquqları komitəsinin birgə iclasında qanun layihəsinin müzakirəsi zaman deyib.

Ə.İsmayılov qeyd edib ki, “Media haqqında” qanun Azərbaycan mediasının inkişafının təkmilləşdirilməsi üçündür:

“Qanun layihəsi dövlət-media münasibətlərində əsas elementlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək".

Ə.İsmayılov qanun layihəsinə əsasən, media reyestrinin yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb:

“Reyestr jurnalistlərin və media subyeklərinin dairəsini müəyyənləşdirməklə onların inkişafına dəstək verəcək. Reyestrə daxil edilmiş jurnalistlərə vəsiqənin verilməsi nəzərdə tutulur. Media reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək”, - deyə Ə.İsmayılov bildirib.

Media reyestrinə daxil edilmiş jurnalistlərə vəsiqə veriləcək