Ermənistan və Azərbaycan xarici işlər nazirləri yaxın vaxtlarda görüşəcək

Ermənistan və Azərbaycan xarici işlər nazirləri yaxın vaxtlarda görüşəcək

Ermənistan və Azərbaycan xarici işlər nazirləri yaxın vaxtlarda görüşəcək

"Yaxın vaxtlarda vasitəçilərin iştirakı ilə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri səviyyəsində Qarabağla bağlı yeni görüş keçirilə bilər".

Polemika.az "Armenian News"a istinadla xəbər verir ki, bunu noyabrın 4-də Ermənistan xarici işlər nazirinin müavini Vaqe Gevorqyan parlamentin daimi komissiyalarının birgə iclasında bildirib.

Onun sözlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyi Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin ATƏT-in Minsk Qrupunun həmsədrliyi formatında bərpası üçün ardıcıl iş aparır.

“Bu işin nəticələrindən Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Nyu-Yorkda görüşü, o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrlərinin əvvəlki formatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda işin davam etdirilməsinin zəruriliyi barədə bəyanatı olub. Bna görə də, bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Düşünürəm ki, yaxın vaxtlarda yeni görüşlər keçiriləcək və danışıqlar prosesinin tam bərpası üçün şərait yaradılacaq”, - deyə Gevorqyan qeyd edib.

Ermənistan və Azərbaycan xarici işlər nazirləri yaxın vaxtlarda görüşəcək