Marsellilər "Qarabağ"la öz meydanında oynayacaq

Marsellilər "Qarabağ"la öz meydanında oynayacaq

Marsellilər "Qarabağ"la öz meydanında oynayacaq

Fransa Futbol Federasiyası (FFF) Konfrans Liqasının pley-off mərhələsinin “Marsel”-“Qarabağ” oyununun bu ölkədə keçiriləcəyini təsdiqləyib.

Polemika.az xəbər verir ki, qurum qonaq komandanın koronavirus protokoluna tam əməl etməsi şərtilə “Velodrom” stadionunda meydana çıxmasında maneə görməyib.

Fevralın ilk günündə Fransa hökuməti Rusiya və Çin peyvəndi vurulmuş idmançıların ölkəyə girişinə icazə verib. Əsas tələb futbolçuların tam peyvənd olunması və matçın startına 24 saat qalmış koronavirus testi verməsidir. Görüşün keçiriləcəyi şəhərə çarter uçuşu isə UEFA tərəfindən tələb olunub.

Protokola əsasən, komandaların A siyahısında ən azı 13 oyunçu varsa, oyun baş tutmalıdır. Əks təqdirdə, klub B siyahısından futbolçuları bura cəlb edə bilər.

 

Marsellilər "Qarabağ"la öz meydanında oynayacaq