"Mançester Siti"dən dəstək - Kapitan sarğısı Zinçenkoya verildi

"Mançester Siti"dən dəstək - Kapitan sarğısı Zinçenkoya verildi

"Mançester Siti"dən dəstək - Kapitan sarğısı Zinçenkoya verildi

İngiltərə kubokunun 1/8 finalında "Peterboro Yunayted"lə keçirilən görüşdə "Mançester Siti"nin kapitanı Oleksandr Zinçenko olub.

Polemika.az xəbər verir ki, əsas kapitan Fernandinyo oyunun start fitindən əvvəl kapitanlıq sarğısını Zinçenkonun qoluna taxıb.

Bununla da o, ölkəsi Rusiyanın hücumuna məruz qalan ukraynalı yarımmüdafiəçiyə dəstək olub. Zinçenko ilk dəfə meydana kapitan sarğısı ilə çıxıb.

Qeyd edək ki, görüş "Mançester Siti"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb və "şəhərlilər" 1/4 finala yüksəlib.

"Mançester Siti"dən dəstək - Kapitan sarğısı Zinçenkoya verildi