Mal-qar oğruları tutuldu - Bərdədə satırmışlar

Mal-qar oğruları tutuldu - Bərdədə satırmışlar

Mal-qar oğruları tutuldu - Bərdədə satırmışlar

Mingəçevirdə fermadan mal-qara oğurlayan şəxslər saxlanılıb.

Polemika.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Şəkidə hadisəni törədən Mingəçevir şəhər sakini Vüsal Nəbiyev, Elməddin Qocayev  və İsa Məmmədov cinayətdə şübhəli bilinirlər.

Onlar əməllərini etiraf edib və oğurladıqları mal-qaranı Bərdə rayonuna apararaq orada satdıqlarını bildiriblər.

Tədbirlərin davamı olarq həmin iribuynuzlu heyvanlar isə satılan şəxsdən götürülərək sahibinə geri qaytarılıb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.

 

 

 

Mal-qar oğruları tutuldu - Bərdədə satırmışlar