"Bu, qılınc itiləyən hər kəs üçün bir siqnaldır" - Lukaşenko

"Bu, qılınc itiləyən hər kəs üçün bir siqnaldır" - Lukaşenko

"Bu, qılınc itiləyən hər kəs üçün bir siqnaldır" - Lukaşenko

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin Qazaxıstandakı vəziyyəti həll etmək səyləri bütün dünyaya sıx müttəfiqlik əlaqələrini, təşkilatın imkan və potensialını göstərdi".

Polemika.az BELTA-ya istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Qazaxıstanda missiyasını başa vurmuş sülhməramlı kontingentlə görüşündə deyib.

Aleksandr Lukaşenko bildirib: “Müttəfiq ölkələrdən qoşunların kontingentinin ən qısa müddətdə köçürülməsi dövlətin məhv edilməsi təhlükəsini aradan qaldırdı, ölkədə vəziyyətin sabitləşməsini və konstitusiya quruluşunun bərpasını təmin etdi. Ümumi səylərimiz təkcə xaricdən idarə olunan terrorçuların və ekstremistlərin şövqünü soyutmadı, həm də bütün dünyaya sıx müttəfiqlik əlaqələrini, KTMT-nin həyat qabiliyyətini və potensialını göstərdi”.

Dövlət başçısı qeyd edib ki, Qazaxıstanda keçirilən əməliyyat ilk dəfədir ki, KTMT-nin sülhməramlı qüvvələri faktiki olaraq üzv dövlətlərdən birinin təhlükəsizliyinin, sabitliyinin və bütövlüyünün təmin edilməsinə cəlb olunub. 

Belarus prezidenti qeyd edib ki, KTMT-nin Qazaxıstandakı əməliyyatı Belarus-Rusiya sərhədinin perimetri boyunca qılınc itiləyən hər kəs üçün bir siqnaldır.

"Bu, qılınc itiləyən hər kəs üçün bir siqnaldır" - Lukaşenko