Bayrağımız Çikaqoda qaldırıldı

Bayrağımız Çikaqoda qaldırıldı

Bayrağımız Çikaqoda qaldırıldı

ABŞ İllinoys ştatının Çikaqo şəhərinin mərkəzində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanın dövlət bayrağı qaldırılıb.

Polemika.az xəbər verir ki, aksiya “The Daley Center” binası qarşısında Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədovun təşkilatçılığı ilə baş tutub.

Aksiyanın məqsədi yerli ictimaiyyətin diqqətini Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin birinci ildönümünə cəlb etmək olub.

Bayrağımız Çikaqoda qaldırıldı