Mahir “Sevilya” ilə oyun üçün İspaniyaya yola düşdü

Mahir “Sevilya” ilə oyun üçün İspaniyaya yola düşdü

Mahir “Sevilya” ilə oyun üçün İspaniyaya yola düşdü

Bu gün səhər Zaqrebin “Dinamo” komandası “Sevilya” ilə oyun üçün İspaniyaya yola düşüb.

Polemika.az xəbər verir ki, səfərə gedən futbolçular arasında “Dinamo”nun yeni transferi Mahir Emreli də yer alıb.

Daha öncə xəbər verdiyimiz kimi, Mahir Emreli sabah yeni komandasında debüt edə bilər. 24 yaşlı hücumçunun adının “Sevilya” ilə Avropa Liqasının 1/16 final mərhələsinin səfər matçının iştirak ərizəsinə salınacağı gözlənilir. Lakin futbolçumuz komandaya yeni qoşulduğundan onun sabah əsas heyətdə meydana çıxmaq ehtimalı azdır. Güman etmək olar ki, baş məşqçi Jelko Kopiç Emrelini meydana sonradan daxil edəcək.

Qeyd edək ki, “Sevilya” ilə “Dinamo” arasında ilk görüş fevralın 17-də İspaniyada, cavab oyunu fevralın 24-ü Xorvatiyada olacaq. (Qol.az) 

Mahir “Sevilya” ilə oyun üçün İspaniyaya yola düşdü