Lənkəranda tibbi məntəqə xarabalığa çevrilib - ŞİKAYƏT + VİDEO

Lənkəranda tibbi məntəqə xarabalığa çevrilib - ŞİKAYƏT + VİDEO

Lənkəranda tibbi məntəqə xarabalığa çevrilib - ŞİKAYƏT + VİDEO

Lənkəran rayonu Vilvan kəndində yerləşən tibbi məntəqə acınacaqlı durumdadır.

Bu barədə Polemika.az-a kənd sakinlərindən şikayət daxil olub.

Şikayətçi Rəfail Malıyev bildirib ki, dəfələrlə əlaqədar qurumlara məntəqənin vəziyyəti ilə bağlı məlumat verilsə də, heç bir tədbir görülməyib:

“Sizə kəndimizin 6 min sakini adından müraciət edirəm. 2017-ci ildən bəri döymədiyimiz qapı, müraciət etmədiyimiz ünvan qalmayıb. Səsimizə səs verən yoxdur. Hazırda tibbi məntəqəmiz xarabalığa çevrilib. Qəzalı vəziyyətdə olan divarların altında valideynlər, körpələr var”.

Həmin görüntüləri təqdim edirik:

 

Lənkəranda tibbi məntəqə xarabalığa çevrilib - ŞİKAYƏT + VİDEO