Lukaşenkonun həyat yoldaşı da “qara siyahı”ya düşdü
Lukaşenkonun həyat yoldaşı da “qara siyahı”ya düşdü
ABŞ hökuməti Rusiya və Belarusa qarşı sanksiyaları genişləndirib.
Polemika.az TASS-a istinadən xəbər verir ki, sankasiya siyahısına Rusiya müdafiə nazirinin müavinləri Dmitri Bulqakov, Yunus-Bek Yevkurov, Timur İvanov, Aleksey Krivoruçko, Nikolay Pankov, Yuri Sadovenko, Ruslan Tsalikov və Gennadi Jidko da əlavə edilib.
“Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev və Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev də Ağ Evin sankiyalarına məruz qalıblar.
Həmçinin, Belarus Prezidenti Aleksandr Lukaşenko və onun həyat yoldaşı Qalina Lukaşenko da “qara siyahı”ya salınıb.