"Kəpəz" Qərb derbisində qələbə qazanıb

"Kəpəz" Qərb derbisində qələbə qazanıb

"Kəpəz" Qərb derbisində qələbə qazanıb

Futbol üzrə Azərbaycan I Divizionunda VIII tura start verilib.

Polemika.az xəbər verir ki, günün yeganə oyununda "Kəpəz" "Turan Tovuz"u qəbul edib.

Qərb derbisi Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesab 35-ci dəqiqədə açılıb. Vüsal Məsimov meydan sahiblərini önə keçirib. 45-ci dəqiqədə Sadiq Şəfiyev bərabərlik qolunu vurub. 76-cı dəqiqədə isə Cavid İmamverdiyev komandasına qələbə qazandıran qola imza atıb.

Bu nəticədən sonra xallarını 13-ə yüksəldən "Kəpəz" "Sabah-2" ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. Tovuz klubu 7 xalla 11-cı sıradadır.

"Kəpəz" Qərb derbisində qələbə qazanıb