KTMT baş katibi Ermənistana səfər edəcək

KTMT baş katibi Ermənistana səfər edəcək

KTMT baş katibi Ermənistana səfər edəcək

KTMT-nin baş katibi Stanislav Zas dekabrın 22-24-də Ermənistana səfər edəcək.

Polemika.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Vladimir Zaynetdinov məlumat yayıb.

S.Zas Ermənistanın ali siyasi və hərbi rəhbərliyi ilə görüşəcək.

Zaynetdinov qeyd edib ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri, Ermənistanın baş naziri Nikol Paşinyanla görüş planlaşdırılır.

KTMT-nin baş katibi Ermənistanın sədrliyi dövründə KTMT Kollektiv Təhlükəsizlik Şurasının sentyabr sessiyasının qərarlarının icrası və KTMT-nin fəaliyyətinin prioritet istiqamətlərinin həyata keçirilməsi üzrə fəaliyyət planının layihəsini təsdiq üçün ona təqdim edəcək.

Bundan başqa, S.Zasın Ermənistan xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla da danışıqlar aparacağı gözlənilir.

KTMT baş katibi Ermənistana səfər edəcək