“Kreml narahattdır, Ermənistan gizli şəkildə Avropa və ABŞ-la...” - Erməni qəzetindən maraqlı iddia

“Kreml narahattdır, Ermənistan gizli şəkildə Avropa və ABŞ-la...” - Erməni qəzetindən maraqlı iddia

“Kreml narahattdır, Ermənistan gizli şəkildə Avropa və ABŞ-la...” - Erməni qəzetindən maraqlı iddia

Rusiya Ermənistanın anti-Rusiya mövqeli davranışlarından narahatdır və hesab edir ki, Ermənistan hakimiyyəti gizli şəkildə Avropa və ABŞ-la oynamaqda davam edir.

Polemika.az xəbər verir ki, bununla bağlı yazı “Hraparak” qəzetində dərc olunub.

Nəşrin yazdığına görə, Rusiya Federasiyasının güc strukturları hakimiyyətin Rusiya-Ukrayna münaqişəsi ilə bağlı hansı fikirləri söylədiyini anlamaq üçün Ermənistan mediasını fəal şəkildə izləyir və dövlət mediasının məzmununa da baxılır.

"Monitorinq nəticəsində gündəlik hesabatlar tərtib edilərək Ermənistan hakimiyyətinə göndərilir. Bu, Nikol Paşinyana Ermənistanda anti-Rusiya təbliğatının maliyyələşdirildiyi və dövlət rəsmilərinin anti-Rusiya fikirlər səsləndirməsinə sübut kimi təqdim edilir. Belə hallarla bağlı təxirəsalınmaz tədbirlərin görülməsi və günahkarların cəzalandırılması təklif edilir. Rusiya artıq Paşinyanın ikili oyunlarına səbir etməyə hazır deyil, sədaqət və müttəfiqlik sübutunu tələb edir”, - deyə erməni qəzeti iddia irəli sürüb.

“Kreml narahattdır, Ermənistan gizli şəkildə Avropa və ABŞ-la...” - Erməni qəzetindən maraqlı iddia