“Mən bilmirəm ki, gələcəkdə Yerevan harda olacaq?”

“Mən bilmirəm ki, gələcəkdə Yerevan harda olacaq?”

“Mən bilmirəm ki, gələcəkdə Yerevan harda olacaq?”

“Bugün delimitasiya və demarkasiya qanla və birtərəfli qaydada keçirilir...”

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan noyabrın 25-də parlamentdə onun rəhbərlik etdiyi müxalifətçi Hayastan fraksiyasının təşəbbüsü ilə keçirilən dinləmədə deyib. Ohanyan bəyan edib ki, Ermənistan hakimiyyəti sərhədlərin dəqiqləşdirilməsi prosesinə bunun üçün müvafiq şərait olmadan başlayır.

Onun sözlərinə görə bu, “Türkiyə-Azərbaycan hiyləsinə” uyğun olaraq keçirilən tələsik və vaxtsız prosesdir: “Bugünlərdə delimitasiya və demarkasiya əslində ən alçaq bir tərzdə aparılır. Erməni əsgərin qanı ilə. Noyabrın 16-da baş verən hadisə bunun təsdiqidir. Ali hakimiyyətin bir nümayəndəsi də izah eləmədi ki, birgünlük müharibə niyə baş verdi, onun ardınca nələr oldu və ondan əvvəl nə olmuşdu. Fakt budur ki, indi bizim həlak olanlarımız, yaralılarımız, əsirlərimiz var və Azərbaycan Ermənistanın suveren ərazisinə girib. Yəni sərhədin qanla demarkasiyası baş verib”.

Ohanyanın sözlərinə görə bugün Ermənistanda bir nəfər də yoxdur ki, ölkənin sərhədini millimetrinədək dəqiqliyi ilə təsəvvür etsin, çünki sərhədlər sovet illərində dəyişdirilirdi.

Keçmiş prezident Robert Koçaryanın yaratdığı Hayastan fraksiyasının başçısı Ohanyan deyib ki, müharibə vaxtı tutulmuş mövqelər sərhədə dair gələcək danışıqlara böyük təsir göstərəcək. Ohanyanın sözlərinə görə, ən mühüm mövqeləri Azərbaycana verməklə, yolları, sərhədyanı kəndləri təzyiq altında qoymaqla, alternativlər axtarmaqla hazırkı hakimiyyət ölkənin təhlükəsizlik potensialını heçə endirib: “Mən bilmirəm ki, gələcəkdə alternativ Yerevan harda olacaq?”

“Mən bilmirəm ki, gələcəkdə Yerevan harda olacaq?”