“Nərmin işi”ndə məhkəmə prosesi davam edir: Əmisi arvadı ifadə verdi

“Nərmin işi”ndə məhkəmə prosesi davam edir: Əmisi arvadı ifadə verdi

“Nərmin işi”ndə məhkəmə prosesi davam edir: Əmisi arvadı ifadə verdi

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Polemika.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə bu gün İlkin Süleymanovun növbəti məhkəmə prosesində Nərmin Quliyevanın əmisi Arif Quliyevin həyat yoldaşı Nailə Quliyeva növbəti dəfə olaraq məhkəmədə ifadə verib.

O keçən məhkəmə prosesində verdiyi ifadəsini təkrarlayıb və yenə bildirib ki, Nərmin həmin gün öncə onlara gəlib yoldaşının (Arifin) gödəkcəsini onlara verib, sonra gedib qonşuluqda olan Lətif əmisinin evinə və oradanda atasının gödəkçəsini götürüb çıxıb gedib.

Təqsirləndirilən şəxsin müdafiəçilərinin suallarını cavablandıran N.Quliyevanın verdiyi cavablar istintaqa verdiyi ifadəsi ilə ziddiyyətlər olub.

Hakimin qərarı ilə növbəti məhkəmə martın 16-na təyin olunub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub./Report

“Nərmin işi”ndə məhkəmə prosesi davam edir: Əmisi arvadı ifadə verdi