Konsertdəki izdihamda 8 nəfər öldü

Konsertdəki izdihamda 8 nəfər öldü

Konsertdəki izdihamda 8 nəfər öldü

ABŞ-da keçirilən “Astroworld” musiqi festivalında Trevis Skottun konserti zamanı dəhşətli izdiham yaşanıb.

Polemika.az xəbər verir ki, izdiham ucbatından çox sayda insan yaralanıb, 8 nəfərin ölüb.

ABŞ-ın Texas ştatında keçirilən və biletləri çoxdan satılmış “Astroworld” musiqi festivalına minlərlə insan məşhur reperi dinləmək üçün axışıb.

Təxminən 50 min insanın qatıldığı festival faciəyə səbəb olub.

Yüzlərlə adam keçid məntəqəsindən kənardakı VİP təhlükəsizlik girişinə axışıb. Basırıq zamanı insanlar əzilib.

Konsertdəki izdihamda 8 nəfər öldü