Reper Fərqanə Qasımova ilə ixtilafından danışdı

Reper Fərqanə Qasımova ilə ixtilafından danışdı

Reper Fərqanə Qasımova ilə ixtilafından danışdı

Rusiyanın Azərbaycan əsilli reperi Bəxtiyar Əliyev (Bah Tee) ilk həyat yoldaşı Fərqanə Qasımovanı döyməsi ilə bağlı iddialara münasibət bildirməyib.

Polemika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, verilişlərin birində qonaq olan reper bu barədə suallara cavab verməyib.

O, medianı günahlandırıb:

"İkinci toyum olanda medianı zala buraxmadım. Qonaqlardan da xahiş etdim ki, gəlinin şəklini yayımlamasınlar. Ondan sonra jurnalistlərə məni vurmağa səbəb lazım idi. Nəticədə, müsahibə üçün onu tapdılar. Xoş deyildi. Çox sakit insanam, amma həmin açıqlama xoş olmadı. Həyat yoldaşım da sakit insandır”.

Bəxtiyar keçmiş həyat yoldaşının açıqlaması ilə bağlı onu məhkəməyə vermədiyini deyib.

Reper Fərqanə Qasımova ilə ixtilafından danışdı