“Bir neçə ildən sonra o dalğa bizə də gələcək”

“Bir neçə ildən sonra o dalğa bizə də gələcək”

“Bir neçə ildən sonra o dalğa bizə də gələcək”

Tanınmış prodüser Elməddin Cəfərov bu dəfə tamaşaçıların qarşısına yeni serialı ilə deyil, "Qısa qapanma" adlı şou verilişi ilə çıxdı.

“Polemika.az” xəbər verir ki, Moderator.az-a danışan Elməddin Cəfərov telekanallarda nümayiş olunan şou verilişlərində  müğənnilərə dindən, idmandan, virusdan sualların verildiyini və bunun da qənaətbəxş olmadığını dedi:

“Bir müddət əvvəl dünya televiziyalarında birinci dalğa olan şou verilişləri gündəm halını aldı. 2000-ci illərin əvvəllərində ikinci serial dağlası başladı. Dünya televiziyalarında bu proseslər baş verdikdən 3-5 il sonra bizim televiziyalara da öz təsirini göstərdi. Biz birinci dönəmdə “Arı Şou” ilə tamaşaçıların qarşısına çıxdıq, daha sonra bir çox seriallar çəkdik. Hazırda isə Netflixdə yenidən şou verilişləri dalğası dəb halını alıb. Bir neçə ildən sonra o dalğa bizə də gələcək.  Biz də illər əvvəl nümayiş etdirdiyimiz “Arı Şou”nun formatına yaxın “Qısa qapanma” adında bir layihə etdik. 

Əksər şou verilişlərində dəvət olunan sənətçiləri tərifləyərək onların sahəsi olmayan dindən, virusdan, idmandan suallar verilir. Bu mənə qəribə gəldi. Müğənni sənətindən və musiqidən danışa bilər. Düşündüm ki, bir az fərqli, bir növ hesablaşma xarakterli veriliş hazırlayaq. Qonaqlar yanlışları və doğruları ilə hesablaşsın. İnsanların şərhlərdə ifaçılara dediklərini  və demək istədiklərini gülərək deyirik. Burda qəbahət görmürəm. Bütün dünyada bu formatda verilişlər var, bu, normaldır. Bir növ komplekssiz müğənnilər, sənətçilər, daha rahat olan insanlar elə verilişlərdən qaçmırlar. Özgüvəni, alt yapısı olmayan, təsadüfən bu sahəyə gələnlər kompleksə düşərək verilişdə iştirak etməməyi üstün tuturlar. Alt yapısı olan insanlar isə özləri ilə hesablaşa bilirlər. 

Verilişin reytinqindən böyük gözləntim yoxdur. Bayağı layihələr daha çox reytinq verir. Çox səliqəli nəsə edəndə... Verilişdə düşündürücü mesajlar veririk, heç kəsin şəxsi həyatına toxunmuruq. Dəvət etdiyimiz qonağın qazandığı və qazana bilmədiyi uğurlardan söhbət edirik”.

“Bir neçə ildən sonra o dalğa bizə də gələcək”