Keçmiş rus nazirdən çağırış: "Müharibəyə qarşı çıxın"

Keçmiş rus nazirdən çağırış: "Müharibəyə qarşı çıxın"

Keçmiş rus nazirdən çağırış: "Müharibəyə qarşı çıxın"

Rusiyanın keçmiş xarici işlər naziri Andrey Kozırev rusiyalı diplomatları Ukraynadakı müharibəyə qarşı çıxmağa çağırıb.

Polemika.az xəbər verir ki, bu barədə o, "Twitter"-də yazıb.

“Hörmətli rus diplomatları, siz peşəkarsınız, ucuz təbliğatçı deyilsiniz. Xarici İşlər Nazirliyində işləyəndə həmkarlarımla fəxr edirdim. İndi Ukraynada qanlı qardaş qırğınını dəstəkləmək sadəcə olaraq mümkün deyil”, - deyə Kozırev qeyd edib.

Kozyrev - 11 oktyabr 1990-cı ildən 5 yanvar 1996-cı ilə qədər Rusiya Federasiyasının ilk xarici işlər naziri, həm də 1-ci və 2-ci çağırış Dövlət Dumasının deputatı olub.

 

Keçmiş rus nazirdən çağırış: "Müharibəyə qarşı çıxın"