Neft bahalaşdı - 110 dollar, "Azer Light"...

Neft bahalaşdı - 110 dollar, "Azer Light"...

Neft bahalaşdı - 110 dollar, "Azer Light"...

Brent markalı neftin qiyməti 2014-cü ilin iyul ayından bəri ilk dəfə bir barel üçün 110 dolları ötüb.

Polemika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu gün səhər dünya neft qiymətləri 5% bahalaşıb, Brent markalı neftin qiyməti 2014-cü ilin iyul ayından bəri ilk dəfə olaraq ticarət məlumatlarına görə 110 dollara yaxınlaşıb.

Brent markalı neftin may fyuçerslərinin qiyməti 4,89% artaraq bir barel üçün 110,1 dollara, WTI markalı neftin aprel fyuçersləri 4,97% artaraq 108,55 dollara yüksəlir.

Gecə Brent neftinin qiyməti 111 dolları ötüb, 2014-cü il iyulun 4-dən sonra ilk dəfə olaraq WTI maksimum 109,3 dollar səviyyəsinə çatıb.

"Azer Light" markalı Azərbaycan "qara qızılı"nın son qiyməti 99,11 dollarda qərarlaşıb.

Neft bahalaşdı - 110 dollar, "Azer Light"...