Kasıbın varlını pulunu sayması mental düşüncədir? – Psixoloqdan cavab

Kasıbın varlını pulunu sayması mental düşüncədir? – Psixoloqdan cavab

Kasıbın varlını pulunu sayması mental düşüncədir? – Psixoloqdan cavab

Sosial şəbəkələrdə Azərbaycan seqmentində başqalarına məxsus varidatın müzakirə olunması geniş yayılıb. Hansısa məşhurun evlərini, hansınınsa maşınlarını, bir sözlə, başqasının mal-mülkünü gözü götürməyən həmişə çoxluqdadır. Bu natamamlıq kompleksi, yoxsa başqasının uğurunu qısqanmadır?

Polemika.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, insan özü haqqında çox şey bilmədiyi halda, başqalarının həyatı ilə maraqlanır:

“Hətta hansısa şou-biznes təmsilçisinin nə cür keşməkeşli yollardan keçdiyini bilmədən ailəsini dağıtmağa meyl edən insanlar var”.

A.Ələkbərova qeyd edib ki, bu, natamamlıq kompleksidir.

“Öz həyatını yaşıya bilməmək, başqalarının həyatına burnunu soxmaq etik qaydaları pozmaqla yanaşı, eyni zamanda, insanın öz həytının məhvinə səbəb olur. Məşhur birinin həyatında əldə etdiyi pul, maşın, ev bunlara sahib olmayan insanları ona görə qıcıqlandırır ki, “məndə yoxdur, onda niyə olsun ki?!” Paxıllıq duyğusu onları nəyisə əldə etməyə imkan vermir. Bu duyğuya sahib olan bir insanın uğur qazandığını görmək qeyri-mümkündür. Ola bilər, məsələn, deyə bilərsən ki, istəyirəm Ronaldonun evi kimi evim olsun, bu başqa bir prespektivdir. Ancaq “onda var, niyə məndə yoxdur?!” ciddi bir problemdir.

Bu hal başqa ölkədə çox baş verən bir situasiya deyil, çünki bu bir az da mental düşüncəyə söykənir. Xaricdə məşhur bir şəxs lüks evdə yaşamaya da bilər. Heç kim onu nə qınayar, nə də bununla maraqlanır. Ancaq Azərbaycanda bəzi insanlarda bu hal qısqanclıq, kin-küdurət yaradır. Müdriklərdən biri deyib: “Öz işığına güvənən, başqalarının parlmasından qorxmaz”.

Ayzel

Kasıbın varlını pulunu sayması mental düşüncədir? – Psixoloqdan cavab