Kamran Ağayev vida matçı keçirəcək

Kamran Ağayev vida matçı keçirəcək

Kamran Ağayev vida matçı keçirəcək

Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev vida matçı keçirəcək.

Polemika.az xəbər verir ki, bu barədə veteran qolkiper "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində açıqlama verib.

O, planda belə bir görüşün olduğunu bildirib: "Həm "Səbail", həm də AFFA rəhbərliyi ilə danışmışıq. Belə bir oyun, azarkeşlərlə görüş planlaşdırılıb. Amma vaxtı dəqiq bilinmir".

Qeyd edək ki, Kamran Ağayevin son klubu "Səbail" olub./Report

Kamran Ağayev vida matçı keçirəcək