Kadırovdan Putinə çağırış: "Bu, qətiyyətli fikrimdir"

Kadırovdan Putinə çağırış: "Bu, qətiyyətli fikrimdir"

Kadırovdan Putinə çağırış: "Bu, qətiyyətli fikrimdir"

“Cənab Prezident Vladimir Putin, dəfələrlə demişəm ki, mən sizin piyada əsgərinizəm, sizə görə canımı verməyə hazıram”.

Polemika.az xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

“Əsgərlərimizin, döyüşçülərimizin necə öldüyünü seyr edə bilmirəm. Sizdən xahiş edirəm ki, hər şeyə göz yumun və orada baş verənləri bir-iki günə bir anda bitirsinlər. Yalnız bu, dövlətimizi və xalqımızı xilas edəcək. Bu, mənim qətiyyətli fikrimdir.

Döyüşçülərimizə əmr verin ki, Xarkovu, Kiyevi və bütün digər şəhərləri tez, aydın, səmərəli şəkildə ələ keçirsinlər”, - deyə Kadırov vurğulayıb.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi təcavüzündə çeçen hərbçilər də iştirak edirlər. Bundan bir neçə gün öncə R. Kadırov çeçen hərbçilərin itkiləri barədə məlumat vermişdi.

Kadırovdan Putinə çağırış: "Bu, qətiyyətli fikrimdir"