Blinken rəsmi İrəvan və Abkıya çağırış etdi

Blinken rəsmi İrəvan və Abkıya çağırış etdi

Blinken rəsmi İrəvan və Abkıya çağırış etdi

ABŞ dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycanı gərginliyi azaltmaq və daha da gərginləşməmək üçün təcili tədbirlər görməyə çağırıb.

Polemika.az xəbər verir ki, bu barədə onun açıqlamasında bildirilir.

“Birləşmiş Ştatlar bu gün Ermənistan və Azərbaycan arasında fəal hərbi əməliyyatlar barədə məlumatlardan dərin narahatdır. Biz hər iki tərəfi gərginliyi azaltmaq və daha da gərginləşməmək üçün dərhal konkret tədbirlər görməyə çağırırıq. Biz, həmçinin, hər iki tərəfi sərhədlərin demarkasiyası da daxil olmaqla bütün mövcud məsələlərin həlli üçün birbaşa və konstruktiv şəkildə məşğul olmağa çağırırıq.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin noyabrın 15-də verdiyi bəyanatda qeyd olunduğu kimi, Ermənistanla Azərbaycan arasında son vaxtlar gərginliyin artması münaqişə ilə bağlı və ondan irəli gələn bütün mövcud problemlərin danışıqlar yolu ilə Dağlıq Qarabağ münaqişəsiuzunmüddətli əsasda hərtərəfli həllinin zəruriliyini vurğulayır”, - deyə Entoni Blinken qeyd edib.

Blinken rəsmi İrəvan və Abkıya çağırış etdi