İsveçdə ilk dəfə qadın Baş nazir təyin olundu

İsveçdə ilk dəfə qadın Baş nazir təyin olundu

İsveçdə ilk dəfə qadın Baş nazir təyin olundu

Bu gün Riksdag (İsveçin birpalatalı parlamenti) İsveç Sosial Demokratik İşçi Partiyasının lideri Maqdalena Anderssonun baş nazir təyin edilməsinə səs verib.

Polemika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, o, ölkə tarixində həmin vəzifəyə gələn ilk qadındır.

Anderssonun namizədliyinin təsdiqlənməsi üçün ən azı 175 səsin lehinə və ya bitərəf olması lazım idi. Onun namizədliyinin lehinə 117 deputat, əleyhinə 174 deputat səs verib, 57 deputat bitərəf qalıb, bir deputat iclasda iştirak etməyib.

2014-cü ildə Andersson İsveçin maliyyə naziri vəzifəsini icra edib və hökumətdə bu vəzifəni tutan ilk qadın olub.

İsveçdə ilk dəfə qadın Baş nazir təyin olundu