Benni Qants: "ABŞ-la İranı müzakirə edəcəyik"

Benni Qants: "ABŞ-la İranı müzakirə edəcəyik"

Benni Qants: "ABŞ-la İranı müzakirə edəcəyik"

İsrail və ABŞ müdafiə nazirləri İranın nüvə proqramını müzakirə edəcək.

Polemika.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Benni Qantz "Twitter" hesabında bildirib.

O, səfəri çərçivəsində ABŞ müdafiə naziri Lloyd Ostin və dövlət katibi Entoni Blinkenlə görüşəcək.

"Görüşlərdə İsrailin regionda təhlükəsizlik sahəsində üstünlüyünü qoruyub saxlamağın yolları və təhlükəsizlik problemləri, o cümlədən İranın təcavüzü ilə mübarizə müzakirə olunacaq.

İran dünya sülhü, region üçün təhlükədir və İsrail üçün eksistensial təhdidə çevrilir. Müzakirələrdə İranın regionda fəaliyyətini genişləndirməyə imkan verəcək nüvə hədəflərinə çatmaq cəhdinin dayandırılması üçün mümkün fəaliyyət istiqamətini vurğulayacağıq", - deyə Benni Qantz qeyd edib.

Benni Qants: "ABŞ-la İranı müzakirə edəcəyik"