"Mənə sui-qəsd təşkil edənlərin adlarını bilirəm" - Baş nazir

"Mənə sui-qəsd təşkil edənlərin adlarını bilirəm" - Baş nazir

"Mənə sui-qəsd təşkil edənlərin adlarını bilirəm" - Baş nazir

"Sui-qəsd təşkil edənlərin adlarını bilirəm və onların yaxın vaxtlarda saxlanılacağına söz verirəm".

Polemika.az TASS-a istinadla xəbər verir ki, bunu İraqın Baş naziri Mustafa əl-Kazimi Nazirlər Kabinetinin fövqəladə iclasında bildirib.

“Biz dünənki cinayəti törədənləri təqib edirik. Onları çox yaxşı tanıyırıq və tezliklə adlarını açıqlayacağıq. Bunlar ölkəmizi quldur dövlətə çevirmək istəyənlərdir, lakin biz buna imkan verməyəcəyik”, - deyə o vurğulayıb.

Əl-Kazimi qeyd edib ki, İraqda gedən demokratik islahatlardan və korrupsiyaya qarşı mübarizədən narazı olan müəyyən qüvvələr var: 

“Biz ölkənin regional müharibəyə girməsinə imkan vermədik və onun təhlükəsizliyini təmin edə bildik. Biz korrupsioner məmurlara qarşı barışmaz mübarizəmizi davam etdirəcəyik və onların heç biri cəzadan yayınmayacaq”.

Xatırladaq ki, İraq Baş nazirinin həyatına sui-qəsd Bazar günü gecə həyata keçirilib. Əl-Kaziminin Bağdadın yaxşı möhkəmləndirilmiş "yaşıl zona"sında yerləşən, xarici səfirliklərin və dövlət qurumlarının yerləşdiyi iqamətgahı dron hücumuna məruz qalıb. Baş nazirin özü xəsarət almayıb.

"Mənə sui-qəsd təşkil edənlərin adlarını bilirəm" - Baş nazir