İsrailli nazir yenə xəbərdarlıq etdi

İsrailli nazir yenə xəbərdarlıq etdi

İsrailli nazir yenə xəbərdarlıq etdi

İsrailin xarici işlər naziri Yair Lapid İranın nüvə silahına sahib olmasına icazə verməyəcəklərini və nüvə danışıqlarında iştirak edən ölkələri, xüsusilə də ABŞ-ı “açıq şəkildə məlumatlandırdıqlarını” bildirib.

Polemika.az “Times of Israel”ə istinadla xəbər verir ki, nazir parlamentin Xarici Əlaqələr və Müdafiə Komitəsində etdiyi çıxışda deyib:

"İranın nüvə proqramını dayandırmaq İsrailin əsas təhlükəsizlik və xarici siyasət sınağıdır".

Avstriyanın paytaxtı Vyanada nüvə danışıqlarına qatılan ABŞ başda olmaqla bütün beynəlxalq güclərlə görüşdüyünü qeyd edən Lapid əlavə edib:

“Bunu hər kəsə açıqladıq: İranın nüvə silahı ölkəsinə çevrilməsinə icazə verməyəcəyik. Prioritetimiz təbii ki, beynəlxalq əməkdaşlıqla hərəkət etməkdir, lakin lazım gələrsə, özümüzü müdafiə etməkdən də çəkinməyəcəyik".

İsrailli nazir yenə xəbərdarlıq etdi