İrəvanın Türkiyə ilə dialoq üzrə xüsusi təmsilçisi bəlli oldu

İrəvanın Türkiyə ilə dialoq üzrə xüsusi təmsilçisi bəlli oldu

İrəvanın Türkiyə ilə dialoq üzrə xüsusi təmsilçisi bəlli oldu

"Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Türkiyə ilə dialoq üzrə xüsusi nümayəndə təyin olunacaq".

Polemika.az "Yerkirmedia"ya istinadla xəbər verir ki, Ruben Rubinyan 2015-2017-ci illərdə “Vətəndaş Müqaviləsi” partiyasının qurucu üzvüdür.

"O, partiyanın idarə heyətinin üzvü, mətbuat katibi idi. 2018-ci ilin mayında diplomatik rütbəsi olmadan xarici işlər nazirinin müavini təyin edilib. Dekabrda isə “Mənim addımım” blokunun siyahısı üzrə Milli Məclisin deputatı olub.

Bu gün onu Türkiyə ilə dialoq üçün elçi təyin edəcəklər", - deyə erməni nəşri yazıb.

İrəvanın Türkiyə ilə dialoq üzrə xüsusi təmsilçisi bəlli oldu