İqtisadiyyat Nazirliyində yeni təyinat

İqtisadiyyat Nazirliyində yeni təyinat

İqtisadiyyat Nazirliyində yeni təyinat

İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzininin icraçı direktoru vəzifəsinə təyinat olub.

Polemika.az Report.az-a istinadən məlumat verir ki, bu vəzifə Tamerlan Tağıyevə həvalə edilib. 

T.Tağıyev bu təyinata qədər İslam İnkişaf Bankının (IsDB) Azərbaycan nümayəndəliyinin rəhbəri vəzisində çalışıb.

Hazırda o, həm də IsDB-nin Direktorlar Şurasının üzvüdür.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 6 yanvar 2021-ci il tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi yaradılıb.

İqtisadiyyat Nazirliyində yeni təyinat