Heyvanlar üçün də korona vaksini hazırlandı

Heyvanlar üçün də korona vaksini hazırlandı

Heyvanlar üçün də korona vaksini hazırlandı

ABŞ-da heyvanlara koronavirusdan qorumaq üçün xüsusi vaksin vurulacaq. Peyvənddən ölkədəki zooparklarda istifadə etməyə başlayıblar.

Polemika.az xarici KİV-ə istinadən bildirir ki, peyvənd ilk olaraq nəsli tükənməkdə olan heyvanları qorumaq üçün təcili istifadə icazəsi alıb.

ABŞ-ın Arizona ştatındakı Phoenix zooparkının baytarları ziyarətçilərlə yaxın təmasda olan 75 heyvana xüsusi koronavirus peyvəndinin ilk dozasını tətbiq ediblər.

Peyvənd Nyu-Cersidə yerləşən və beynəlxalq heyvan sağlamlığı şirkəti “Zoetis” tərəfindən xüsusi olaraq heyvanlar üçün hazırlanıb.

Heyvanlar üçün də korona vaksini hazırlandı