İrəvanda Əliyev, Ərdoğan, Paşinyan görüşü nə qədər realdır? – “Yumşaq güc” strategiyası...

İrəvanda Əliyev, Ərdoğan, Paşinyan görüşü nə qədər realdır? – “Yumşaq güc” strategiyası...

İrəvanda Əliyev, Ərdoğan, Paşinyan görüşü nə qədər realdır? – “Yumşaq güc” strategiyası...

Azərbaycan və Ermənistan arasında qarşılıqlı təmasların qurulması ilə yanaşı, artıq Türkiyə və Ermənistan arasında da əlaqələrin bərpa olunması yönündə çalışmalar həyata keçirilir.

Siyasi müşahidəçələrin fikrincə, yaxın zamanlarda Ankara və Bakı ilə yanaşı İrəvanda da görüşlərin keçirilməsi istisna edilmir. Hətta bəzi teoriyalar da var ki, Azərbaycanın Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli İrəvan görüşü də keçirilə bilər. Bu tezis nə dərəcədə realdır?

Polemika.az-ın suallarını cavablayan Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov məsələyə fərqli yöndən baxır.

Onun sözlərinə görə, müharibədən əvvəl, həm müharibə vaxtı, həm də müharibədən sonra bölgədə ATƏT-in Minsk qrupu yox, Rusiya-Türkiyə tandemi fəaliyyət göstərirdi.

Türkiyə Ermənistana “yumşaq güc” tətbiq edir

“Lakin Rusiya ilə Türkiyənin fərqi ondan ibarət idi ki, Ermənistan Rusiyanı vasitəçi kimi qəbul edirdi, amma Türkiyəni yox. Ona görə də, danışıqların böyük bir hissəsi Rusiyada həyata keçirilirdi və Rusiyanın fəallığı proseslərdə daha çox görünürdü.

Hesab edirəm ki, Türkiyə və Ermənistan tərəfi istəyir ki, bu vəziyyəti balanslaşdırsınlar. Ümumiyyətlə, bu prosesi mən müsbət qiymətləndirirəm. Çünki bizim məqsədimiz müharibə yox, maraqlarımızın müdafiəsidir. Bunun da yolları müxtəlifdir. 

Siyasətdə həm güc tətbiq olunması, həm də “yumşaq güc” deyilən strategiya var və Türkiyə də hazırda yumşaq güc tətbiq edir. Danışıqlar və təmaslar vasitəsilə istəyir ki, öz maraqlaırnı bu proseslərin nəticəsində təmin etsin”.

Ermənistanla əlaqələr qurulmamalıydı?

“Bizim ictimaiyyətdə bir sıra tənqidlər səslənir ki, gərək Türkiyə bu kontaktlara getməsin, əlaqələr yaratmasın. Mən isə əksini düşünürəm. Bu təmaslar Türkiyənin siyasəti və maraqlarını təmin etmək üçün daha çox imkanlar yaradıb. Şübhəm yoxdur ki, bu təmaslar nəticəsində hansısa məsələlərdə Azərbaycanın maraqları yaddan çıxarılsın və Türkiyə bu şəkildə siyasət qursun”.

İrəvandan çox Ankara daha məqsədəuyğundur

“Mən İrəvandan daha çox Ankaranı nəzərdə tuturam. Baxın, Moskvada da görüşlər baş verir. Bəllidir ki, Türkiyə də prosesdədir və Türkiyə bəlkə də, Ankarada hansısa görüşləri təşkil edə bilər. 

Və bu mərhələdən sonra Bakı və İrəvanda da hər hansı görüşlərin olacağını istisna etmirəm. Hesab edirəm ki, hələlik ictimaiyyət buna hazır deyil. Müharibənin fəsadları və s. sözsüz ki, insanların yadından çıxmır və təbii ki, yaddan çıxamayacaq. Yəni bunun acısı hələ çox yüksəkdir”.

Rafi MÜSLÜMOV

 

İrəvanda Əliyev, Ərdoğan, Paşinyan görüşü nə qədər realdır? – “Yumşaq güc” strategiyası...