İrəvanda avtobus sürücüləri tətil edir: Ermənilər yollarda qalıb

İrəvanda avtobus sürücüləri tətil edir: Ermənilər yollarda qalıb

İrəvanda avtobus sürücüləri tətil edir: Ermənilər yollarda qalıb

İrəvanda bu gün bir qrup avtobus sürücüsü işə çıxmayıb.

Polemika.az “Aysor”a istinadla xəbər verir ki, sürücülərin etirazına səbəb gediş haqqının ödənilməsi üçün yeni qurğular olub.

Qeyd edək ki, sürücülərin (köhnə avtobuslar) tətili səbəbindən avtobus dayanacaqlarında işə gedə bilməyən vətəndaşların böyük izdihamı yaranıb.

Bundan sonra İrəvan bələdiyyəsinin mətbuat katibi Hakob Karapetyan öz “Facebook” səhifəsində avtobus sürücülərini boykot etməməyə çağırıb:

“Bu səhər sürücülər boykot etdiyinə görə bir sıra ictimai nəqliyyat marşrutları bağlanıb.

Sürücülər iş şəraitinin yaxşılaşdırılmasını, xüsusən də maaşların artırılmasını tələb edirlər. Hazırda bələdiyyəmiz ictimai nəqliyyat sürücülərinə 15 gün ərzində təxminən 260 min dram məbləğində əmək haqqı (vergilər çıxılmaqla) ödəyir.

Əldə etdiyimiz məlumata görə, bəzi sürücülər sürücünün minimum əməkhaqqı və gediş haqqından “qara” gəlir əldə etdiyi halda əvvəlki “planlı” ödəniş sisteminə qayıtmağı tələb edirlər”.

Onun sözlərinə görə, şəhər rəhbərliyi nəqliyyat islahatları məsələsində qətiyyətlidir və bundan sonra da əhaliyə keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi və hüquqi müstəvidə fəaliyyət göstərməsi üçün ardıcıl addımlar atacaq:

“Eyni zamanda, sürücülərin iş şəraitini daim təkmilləşdiririk və yaxşılaşdıracağıq. Belə təxribat yolverilməzdir və nəticə verməyəcək.

Hazırda bələdiyyənin müvafiq şöbələri yaranmış vəziyyətin tənzimlənməsi və nəqliyyatın normal fəaliyyətinin bərpası istiqamətində iş aparır.

Yaranmış narahatlığa görə üzr istəyirik”, - deyə Karapetyan yazıb.

Rafi MÜSLÜMOV

 

İrəvanda avtobus sürücüləri tətil edir: Ermənilər yollarda qalıb