Ermənilərin Qarabağda basdırdığı daha 38 mina tapıldı

Ermənilərin Qarabağda basdırdığı daha 38 mina tapıldı

Ermənilərin Qarabağda basdırdığı daha 38 mina tapıldı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan Polemika.az-a verilən məlumata görə, dekabrın 6-dan 11-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 9, tank əleyhinə 29 mina və 262 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 78,3 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. 

Ermənilərin Qarabağda basdırdığı daha 38 mina tapıldı