"İrəvan Türkiyə ilə əlaqəni normallaşdırmağa hazırdır" - XİN

"İrəvan Türkiyə ilə əlaqəni normallaşdırmağa hazırdır" - XİN

"İrəvan Türkiyə ilə əlaqəni normallaşdırmağa hazırdır" - XİN

"Ermənistan hökumətin proqramında təsbit olunmuş ilkin şərt olmadan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə hazırdır".

Polemika.az "Armenpress"ə istinadla xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan bildirib.

“Bu baxımdan, Türkiyə xarici işlər nazirinin münasibətlərin normallaşması üçün xüsusi nümayəndənin təyin edilməsi ilə bağlı bəyanatını müsbət qiymətləndiririk. Təsdiq edirik ki, Ermənistan tərəfi də dialoq üçün xüsusi nümayəndə təyin edəcək”, - deyə Unanyan qeyd edib.

Xatırladaq ki, dekabrın 13-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə və Ermənistan münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndələr təyin edəcəklər və ölkələr arasında çarter reysləri də açılacaq.

"İrəvan Türkiyə ilə əlaqəni normallaşdırmağa hazırdır" - XİN