İran və Cənubi Qafqazın tranzit əməkdaşlığı - Açıqlama

İran və Cənubi Qafqazın tranzit əməkdaşlığı - Açıqlama

İran və Cənubi Qafqazın tranzit əməkdaşlığı - Açıqlama

"İran, Azərbaycan və Gürcüstandan ibarət üç ölkənin sınaq donanmasının formlaşdırılması yaxın vaxtlarda tamamlanacaq”.

Polemika.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran Yol Xidməti və Nəqliyyat Təşkilatının (YXNT) Tranzit və Beynəlxalq Nəqliyyat Bürosunun baş direktoru Cavad Hidayəti bildirib.

Onun sözlərinə görə, məqsəd İslam Respublikasının beynəlxalq tranzit və yükdaşıma sahəsində regional yaxınlaşmadır.

"İranın yollarını Qafqaz ölkələri ilə birləşdirmək, Qara dəniz vasitəsilə Şərqi Avropaya çıxış üçün regional konvergensiya yaratmağa çalışırıqb. Tezliklə üç ölkənin nəqliyyat donanmasının birgə iştirakı ilə ilk sınaq keçidi ediləcək. Növbəti addımda üçtərəfli danışıqlar aparmaqla nəqliyyatın hərəkətini asanlaşdırmaq və bu tranzit marşrutunun inkişafı üçün zəmin yaratmaq naminə xərcləri azaltmaq niyyətindəyik”, - deyə İran rəsmisi qeyd edib.

Cavad Hidayətinin sözlərinə görə, bu dəhlizin işə salınması sayəsində iqtisadi səmərəliliyi və təhlükəsizliyi sayəsində Asiyanın Avropa ilə ticarətinin sürəti artacaq. Həmçinin, İran və Qafqaz ölkələri arasında regional və beynəlxalq ticari tranzitdə yaxınlaşmanı artıracaq. 

İran və Cənubi Qafqazın tranzit əməkdaşlığı - Açıqlama