Akademiya niyə pensionerlər klubuna çevrilib? "...bu yaşa qədər yaşadın, bəsdir, get evində öl"

Akademiya niyə pensionerlər klubuna çevrilib?

Akademiya niyə pensionerlər klubuna çevrilib? "...bu yaşa qədər yaşadın, bəsdir, get evində öl"

Ard-arda bir neçə ali məktəb müəlliminin vəfat edib. Təkcə noyabr ayında vəfat edən elm adamlarının ömrü 75-80 yaşında qırılıb. Dünyasını dəyişən alimlərin yaşı sosial şəbəkədə müzakirələrə səbəb olub. Milli Elmlər Akademiyasında da analoji vəziyyət hökm sürür. Bu qurumda yüksək vəzifə tutan şəxslərin arasında 83-88 yaşlı alimlər az deyil. 

Nə üçün alimlər təqaüdə çıxmaq istəmirlər? Ölənə kimi işləmək məntiqinin əsası varmı? 

Mövzu ilə bağlı Polemika.az-a açıqlama verən deputat Razi Nurullayev bildirib ki, elm-təhsil və mədəniyyət sahələri yaş həddi tanımır.

“Dövlət qulluqçusu olan şəxs üçün yaş həddi tətbiq olunmalıdır. Amma mən bildiyim qədərilə, heç bir inkişaf etmiş ölkədə elm, təhsil, incəsənətlə məşğul olan şəxsə heç bir yaş həddi qoyulmur. Bu baxımdan, Azərbaycanda da elmlə məşğul olan adamı məcbur etmək olmaz ki, yaşlısan, artıq biliyinə ehtiyacımız yoxdur. Amma kimsə elm və təhsildə menecer vəzifəsini daşıyırsa, dövlət qulluqçusudursa, yəni dövlət büdcəsindən əmək haqqı alırsa, o zaman təbii ki, bu yaş həddi tətbiq olunmalıdır. Çünki müəyyən yaşdan (65) sonra o pensiyaya çıxmalıdır.

Başqa bir nüans Akademiyada, universitetlərdə bu yaş həddinə çatıb, eyni zamanda, dövlət qulluqçusu olan şəxsin pensiyaya çıxmamasıdır. Buna görə bir çox gənc işsiz qalır. Ancaq ümumən bir gənci işə düzəltmək naminə yaşlını işdən çıxartma doğru və ədalətli addım olmaz”, – deyə Razi Nurullayev qeyd edib.

O əlavə edib:

“Əgər elmi fəaliyyətini davam etdirə bilirsə, sağlamdırsa və işini sevirsə, nə üçün işindən azad olunmalıdır? Belə çıxır ki, yaşlı adamın gələcəyi ola bilməz, yaşlı adamı elə işdən çıxardıb evdə otuzdurmaq lazımdır ki, bu yaşa qədər yaşadın, bəsdir, get evində öl.

Mənə elə gəlir ki, bəzən yaşlı insanın işləməsi daha vacibdir. Beləliklə, onlar da sağlam qala, həyati stumullarının itməməsini təmin edə bilərlər”.

Ayzel

Akademiya niyə pensionerlər klubuna çevrilib? "...bu yaşa qədər yaşadın, bəsdir, get evində öl"