İran “Omikron”un olduğunu təsdiqlədi

İran “Omikron”un olduğunu təsdiqlədi

İran “Omikron”un olduğunu təsdiqlədi

İran Səhiyyə Nazirliyinin Mətbuat Xidməti fövqəladə iclas keçirərək artıq ölkədə koronavirusun yeni versiyası hesab edilən “Omikron” ştammının müşahidə edildiyini təsdiq edib.

Polemika.az xəbər verir ki, İran Səhiyyə Nazirliyinin Mətbuat Mərkəzinin rəisi Məhəmməd Haşimi məsələ ilə bağlı deyib:

“Bu gün səhiyyə naziri Bəhram Eynullahinin iştirakı ilə nazirlikdə təşkil edilmiş Koronavirusla Mübarizə Qərargahının fövqəladə iclasında İranda “Omikron” ştammına yoluxma halı təsdiq edildi”.

O, habelə qeyd edib ki, iclasın üzvləri üçüncü vaksin dozasının da vurulmasının və səhiyyə protokollarına əməl edilməsinin vacibliyini vurğulayıb. 

İran “Omikron”un olduğunu təsdiqlədi