İran Lazın dəhlizi ilə Qarabağa yükdaşımaları qadağan etdi - RƏSMİ AÇIQLAMA

İran Lazın dəhlizi ilə Qarabağa yükdaşımaları qadağan etdi - RƏSMİ AÇIQLAMA

İran Lazın dəhlizi ilə Qarabağa yükdaşımaları qadağan etdi - RƏSMİ AÇIQLAMA

İranın Yol və Nəqliyyat Təşkilatı nəqliyyat şirkətlərinə təlimat göndərərək sürücülərin və İran vətəndaşlarının Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ümumiyyətlə, Laçın dəhlizinə girişini qadağan edib.

Polemika.az "Mehr News"a istinadla xəbər verir ki, qurumun Beynəlxalq Tranzir İdarəsinin baş direktoru Məhəmməd Cavad Hedayəti İran Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli direktivinə istinad edib.

O, beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına təlimat məktubu yazaraq Azərbaycan Respublikasının sözügedən ərazisinə bu ölkənin rəsmi sərhədləri xaricində hər hansı bir girişi bu ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib.

Yol və Nəqliyyat Təşkilatı Ermənistan ərazisi vasitəsilə Azərbaycan Respublikasının Laçın dəhlizindən Dağlıq Qarabağ və bölgəsinə girişlə barəbər, Qarabağ bölgəsi ilə hər hansı ticarət müqaviləsinin imzalanması və mal-əmtəə qaiməsi sənədlərinin verilməsindən də yasaq edildiyini bildirib.

İran Lazın dəhlizi ilə Qarabağa yükdaşımaları qadağan etdi - RƏSMİ AÇIQLAMA