"İndi Tağıyevdən də böyük xeyriyyəçilər var" - Məşhurlar müasir milyonçularımızdan danışdı

"İndi Tağıyevdən də böyük xeyriyyəçilər var"

"İndi Tağıyevdən də böyük xeyriyyəçilər var" - Məşhurlar müasir milyonçularımızdan danışdı

“İndi Tağıyevdən də artıq xeyriyyə işləri görən insanlar var”.

Bunu Polemika.az-a açıqlamasında aparıcı Turan İbrahimov deyib.

Onun sözlərinə görə, bəzi şəxslər öz xeyriyyəçiliyini göstərməməyə çalışır:

“İndi dövr başqadır. Bəzi insanlar öz xeyriyyəçilik işlərini, əməllərini göstərərək edən də ona fərqli don geyindirirlər. Bu da həmin insanlara ziyan verir. Ona görə də, səmimi qəlbdən xeyriyyəçilik ilə məşğul olanlar üzdə olmurlar.

Zeynalabdin Tağıyevin dövrü ilə indiki fərqlidir. Bir şəxsin ön plana çıxması o dövrdə tamam fərqli bir şey idi. İndi bu başqa cür qarşılana bilir”.

Jurnalist Azər Qərib isə bəzi zənginlərin sərvət mənbəyinin korrupsiya olduğunu vurğulayıb:

“Ola bilsin ki, Hacı Zeynalabdin Tağıyevin titulları leqal idi. Bizim ölkədə bəzi zənginlərin sərvəti korrupsiya hesabınadır, korrupsioner olduğuna görə xeyriyyəçilik etmirlər. Eyni zamanda, leqal zənginlərimiz də var. Onlar niyə etmirlər? Bəlkə də edirlər, amma kifayət qədər "piar" olunmur. Bəzi hallarda isə açıqlamasını istəmirlər. Mənə də maraqlıdır: niyə indi Tağıyevlər yoxdur. Bəlkə də var, biz tanımırıq”.

Nəzrin Vahid 

"İndi Tağıyevdən də böyük xeyriyyəçilər var" - Məşhurlar müasir milyonçularımızdan danışdı