İlan təyyardəkilərə qorxulu anlar yaşatdı

İlan təyyardəkilərə qorxulu anlar yaşatdı

İlan təyyardəkilərə qorxulu anlar yaşatdı

Malayziyanın paytaxtı Kuala-Lumpurdan ölkənin digər şəhəri Tavauya uçan təyyarədə qorxulu anlar yaşanıb.

Polemika.az xarici mətbuata istinadən xəbər verir ki, təyyarədə aşkar edilən ilan sərnişinlər arasında təşvişə səbəb olub. 

Sərnişinlər oturacaqların üstündə ilan olması barədə dərhal stüardessalara və təyyarə personalına məlumat veriblər. Kapitan Lionq Tien Linq sərnişinlərin həyatını təhlükəyə atmamaq üçün təyyarəni Kuçinqə yönləndirib.

“Biz bilirik ki, təyyarələrdə belə hadisələr nadirdir. Başımıza gəldiyinə görə təəssüflənirik, amma bu, həqiqətən nadir hadisədir, ona görə də təəccüblənirik”, - deyə aviaşirkət rəsmisi bildirib.

Hazırda ilanın təyyarəyə necə daxil olması araşdırılır.Modern.az

İlan təyyardəkilərə qorxulu anlar yaşatdı