İdmançımız Afinada qızıl medal qazandı

İdmançımız Afinada qızıl medal qazandı

İdmançımız Afinada qızıl medal qazandı

Martın 5-də Yunanıstanın paytaxtı Afina şəhərində qılıncoynatmanın sablya növündə qadınların dünya kubokunda şəxsi yarışda qaliblər müəyyənləşib.

Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən Polemika.az-a verilən məlumata görə, mübarizəyə əsas mərhələdən qoşulan sablya üzrə milli komandamızın lideri Anna Başta ilk görüşündə Selia Suensa Perezə (İspaniya) 15:8 hesabı ilə qalib gəlib.

Başta ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə italiyalı Rebekka Qarqanonı 15:13 hesabı ilə məğlub edib. Növbəti mərhələdə Macarıstan idmançısı Renata Katonanı (15:13) mübarizədən kənarlaşdıran Anna yarımfinal uğrunda qarşılaşmada fransalı Sarah Noutça ilə üz-üzə gəlib. Rəqibi üzərində 15:11 hesablı qələbə qazanan qılıncoynadamız yarımfinalda polşalı Silvia Matuszaka 15:13 hesabı ilə qalib gəlib. Annanın finalda rəqibi ispan Lusia Martin-Portugues olub. Rəqibini 15:12 hesabı ilə məğlub edən Anna Başta cari mövsüm ardıcıl ikinci dünya kubokunun qalibi olub.

Sablyaçımız daha əvvəl Bolqarıstanın Plovdiv şəhərində keçirilən dünya kubokunun mərhələ yarışında qadın sablyaçıların şəxsi mübarizəsində qızıl medal qazanıb.

  •  

İdmançımız Afinada qızıl medal qazandı