Həbsxanada Röya üçün mahnı bəstələdilər - "Cəsarətin varsa..."

Həbsxanada Röya üçün mahnı bəstələdilər

Həbsxanada Röya üçün mahnı bəstələdilər - "Cəsarətin varsa..."

Sabiq millət vəkili Hüseyn Abdullayevin dayısı oğlu Tural Bayraməliyev Xalq artisti Röya Ayxan üçün mahnı bəstələyib.

Polemika.az xəbər verir ki, bu barədə Anar Məmmədov adlı şəxs sosial şəbəkələrdə məlumat paylaşılıb:

“Tural  həbsxanadan zəng etmişdi. Söhbət zamanı dedi ki, tanınmış müğənnilərdən Röya, Brilliant Dadaşova, Ayan, Sevinc-Sevil bacıları, Damla, Gülyaz və Gülyanaq bacıları onun mahnılarını oxuyub. Soruşdum ki, bəs niyə həbsxnada mahnı bəstələmirsən, axı ən gözəl mahnılarını orada yaza bilərsən?

Dedi ki, Röya üçün sözləri və musiqisi özünə aid olan ''İnsafın olsun'' mahnısını bəstələyib”.

O, Röyadan mahnıya görə pul almayacağını qeyd edib:

“Röya, cəsarətin varsa get mahnını götür. Narahat olma, mənə söz verib ki, səndən pul almayacaq. Həyatı həbsxanada çürüyür, heç olmasa mahnısına nəfəs ver. İnsafın olsun...” 

Həbsxanada Röya üçün mahnı bəstələdilər - "Cəsarətin varsa..."