Yaşar Nurinin 70 illik yubileyi keçiriləcək

Yaşar Nurinin 70 illik yubileyi keçiriləcək

Yaşar Nurinin 70 illik yubileyi keçiriləcək

Yaşar Nurinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

Bu barədə Polemika.az-a Xalq artistinin xanımı Rəhimə Nuriyeva məlumat verib.

Tədbir bu gün Akademik Milli Dram Teatrında baş tutacaq.

Mövcud pandemiya şəraiti ilə əlaqədar mərhum sənətkarın doğum günü sentyabr ayında keçirilməsə də, bu gün qeyd ediləcək.

Tədbirdə sənətçinin həmkarları, ailə üzvləri iştirak edəcək.

Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. O, Azərbaycan teatrında və kinosunda onlarla obraza səhnə, ekran ömrü bəxş edib. Yaşar Nurinin iştirakı ilə çəkilən televiziya tamaşaları bu gün də sevə-sevə baxılır. “Alma almaya bənzər”, “Yol əhvalatı”, “Bəyin oğurlanması”, “Ölsəm, bağışla”, “Qətl günü”, “Mənim ağ şəhərim”, “Ağ atlı oğlan”, “Yoxlama” və s. kimi məşhur filmlərdə sevilən rolları ilə yadda qalıb.

Aktyor uzun sürən ağır xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də, 61 yaşında Bakıda dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn edilib.

Yaşar Nurinin 70 illik yubileyi keçiriləcək