Hidayət Heydərov Böyük Dəbilqədə qızıl medal qazandı

Hidayət Heydərov Böyük Dəbilqədə qızıl medal qazandı

Hidayət Heydərov Böyük Dəbilqədə qızıl medal qazandı

Hidayət Heydərov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb. 

Polemika.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu finalda Obidkhon Nomonovla (Özbəkistan) üz-üzə gəlib. 

Rəqibinə qızıl xal bölümündə ipponla qalib gələn Heydərov Böyük Dəbilqənin qalibi olub. 

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan təmsilçilərindən 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.

Hidayət Heydərov Böyük Dəbilqədə qızıl medal qazandı