Əvvəlcə arvadını güllələdi, sonra polislərlə atışmada yaralandı - Azərbaycanda

Əvvəlcə arvadını güllələdi, sonra polislərlə atışmada yaralandı - Azərbaycanda

Əvvəlcə arvadını güllələdi, sonra polislərlə atışmada yaralandı - Azərbaycanda

Şirvanda arvadını güllələyən şəxs saxlanarkən polisə silahlı müqavimət göstərib.

Polemika.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri “Köhnə şəhər” adlanan ərazidə, Gülbala Şıxbala oğlu küçəsində baş verib.

Ailə münaqişəsi zəminində Şirvan şəhər sakini Elnur Abıyev həyat yoldaşı - 1982-ci il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızını ov tüfəngi ilə vurub.

Qarın nahiyəsində güllə yarası alan qadın Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirlərək əməliyyata götürülüb.

Hadisə yerinə gələn polislərə ov tüfəngindən atəş açan Elnur Babayev atışmada yaralanıb.

O, yaralı vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

 

Əvvəlcə arvadını güllələdi, sonra polislərlə atışmada yaralandı - Azərbaycanda