Gürcüstanın ədliyyə naziri Azərbaycana gəldi

Gürcüstanın ədliyyə naziri Azərbaycana gəldi

Gürcüstanın ədliyyə naziri Azərbaycana gəldi

Gürcüstanın ədliyyə naziri Rati Breqadze rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib.

Nazirlikdən Polemika.az-a verilən xəbərə görə, gürcüstanlı nazir Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq, məzarı üzərinə tər çiçəklər düzülüb. Qonaq həmçinin, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət edərək Əbədi məşəl abidəsi önünə əklil qoyub.

Sonra Gürcüstan nümayəndə heyəti ilə Ədliyyə Nazirliyində görüş keçirilib.

Ədliyyə naziri Fikrət Məmmədov iki ölkə arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin xüsusi rolunu qeyd edib, səfərin diplomatik münasibətlərimizin qurulmasının 30 illiyinin qeyd olunduğu dövrdə həyat keçirilməsinin əhəmiyyətini vurğulayıb, ötən ilin dekabrında Avropa ədliyyə nazirlərinin konfransında ikitərəfli görüşünü xatırladıb.

R.Breqadze ölkəsinin ədliyyə sistemi barədə məlumat verərək Azərbaycanın bu sahədə nailiyyətlərinə və təcrübəsinə maraq göstərib.

Sonra Azərbaycan və Gürcüstan Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandum ədliyyə və məhkəmə sistemlərinin, elektron xidmətlərin və rəqəmsal innovasiyaların tətbiqinin təşviqi, penitensiar, probasiya, mediasiya, hüquqşünasların tədrisi ilə bağlı və digər konkret tədbirlərin keçirilməsini nəzərdə tutur.

Tədbirdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze də iştirak edib.

Həmin gün nazir R.Breqadzenin və nümayəndə heyətinin Milli Məclisin Sədri Sahibə Qafarova ilə görüşü keçirilib, iki ölkənin parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb, Azərbaycan və Gürcüstan əlaqələrinin inkişafında qanunverici orqanların özünəməxsus rolu vurğulanıb.

Gürcüstanın ədliyyə naziri Azərbaycana gəldi