Göyçayda DƏHŞƏT: Oğurladığı qızın əllərini və ağzını bağladı, tövlədə saxladı

Göyçayda DƏHŞƏT: Oğurladığı qızın əllərini və ağzını bağladı, tövlədə saxladı

Göyçayda DƏHŞƏT: Oğurladığı qızın əllərini və ağzını bağladı, tövlədə saxladı

Göyçay rayonunda gənc qızı qaçıran şəxsə bağlı cinayət işi açılıb.

"Report"un məlumatına görə, rayon sakini, 1993-cü il təvəllüdlü Əliyev Feyruz Mahmud oğlunun həmkəndlisi, 2001-ci il təvəllüdlü M.N-ni (Ad soy adı şərti) onun iradəsinə zidd olaraq qaçırıb oğurlaması ilə bağlı hadisə Göyçay Rayon Polis Şöbəsində araşdırılıb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 144.1-ci (Adam oğurluğu) maddəsilə cinayət işi başlanıb.

Faktla bağlı istintaq davam etdirilir.

Məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupu "Report"a təsdiqləyib.

Qeyd edək ki, hadisə fevralın 26-da səhər saatlarında Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində qeydə alınıb. Belə ki, F.Əliyev evlənmək məqsədilə atası Mahmud Əliyev və anası Yeganə Əliyeva ilə birləşərək qonşuları olan 21 yaşlı qızı oğurlayaraq tövlədə saxlayıb, əllərini və ağzını bağlayıb. Göyçay Rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 21 yaşlı qız xilas edilib. Hadisəni törətməkdə şübhəli bilinən F. Əliyev saxlanılıb.

Göyçayda DƏHŞƏT: Oğurladığı qızın əllərini və ağzını bağladı, tövlədə saxladı